Mühasibat uçotu

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunun icrası ilə əlaqədar olaraq, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) əsaslanan Milli Mühasibat Uçotu Standartları (MMUS) hazırlanmışdır. Həmin Qanuna uyğun olaraq (maddələr 10 və 17), 1 yanvar 2008-ci il tarixindən başlayan bütün hesabat dövrləri üzrə maliyyə hesabatlarının hazırlanması zamanı Milli Mühasibat Uçotu Standartları tətbiq edilməlidir. 

Milli Mühasibat Uçotu Standartlarını hazırlamaq və tətbiq etməkdə məqsəd ölkədə mühasibat uçotunun beynəlxalq standartlar əsasında inkişaf etdirilməsini və maliyyə hesabatlarında şəffaflığı təmin etməkdən ibarətdir. 

Saytda Milli Mühasibat Uçotu Standartlarına əsaslanan mühasibat uçotunun avtomatlaşdirilmış sisteminin – "AzMuhasib" proqramının tətbiq edilməsində maraqlı olan şəxslərə ətraflı məlumat veriləcək. Həmçinin saytda mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi haqqında məlumatlar və materiallar təqdim olunacaq. 

Proqramin tədrisi üçün keçirilən treninqlər barədə məlumatlar saytda vaxtaşırı yerləşdiriləcək. 

Bununla yanaşı, Milli Mühasibat Uçotu Standartları və onların tətbiqi üzrə təlimatları http://www.maliyye.gov.az saytından sərbəst şəkildə yükləyə bilərsiniz. Standartların tətbiqi üzrə Şərhlər və Tövsiyələr işlənib hazırlanmış və təsdiq edilmiş metodoloji təlimatlardır. Yeni məlumatların operativ qaydada əldə oluna biləcəyini nəzərə alaraq, müəssisələrdə maliyyə hesabatlarının hazırlanması üzrə məsul şəxslərin bu sayta tez-tez müraciət etmələrini tövsiyyə edirik. 

"AzMuhasib" proqramının Milli Mühasibat Uçotu Standartlarına uyğun yeni variantını əldə etmək uçün saytda göstərilmiş ünvana müraciət edə bilərsiniz.