AzMuhasib v2.0 (şəbəkə)

"AzMuhasib v2.0" (çox istifadəçi) proqramı Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq kiçik və orta sahibkarlıq subyektləri üçün mühasibat uçotunun "Maliyyə Hesabatlarının Beynəlxalq Standartları" əsasında aparılmasını təmin edir.

Proqramda hər bir sahə üzrə hesablar planımaliyyə hesabatları yerləşdirilmişdir. 

Proqramda köhnə hesablar planı əsasında da uçot aparmaq mümkündür. 

Bütün cədvəllərin və maliyyə hesabatları formalarının MS Excel proqramına eksport etmək imkanı var.

Müxabirləşmələri sərbəst şəkildə və ya qabaqcadan hazırlanmış şablonlar (sadə və mürəkkəb yazılışlar forması) vasitəsi ilə daxil etmək və hər bir hesab üzrə ayrı-ayrılıqda 3 səviyyədə analitik uçot təşkil etmək mümkündür. İstifadəçilər proqramın "Hesabatların dizayneri" modulu vasitəsi ilə istənilən cədvəlləri və maliyyə hesabatlarını asanlıqla yarada və ya düzəlişlər edə bilərlər.

Proqram MS SQL bazasında Windows əməliyyat sistemində işləyir.

       

 "AzMuhasib v2.0" proqramı aşağıdakı modullardan ibarətdir:

   Hesablar planı

  Əməliyyat jurnalı

  Baş kitab

  Baş hesablar və subhesablar üzrə dövriyyə cədvəlləri və açıqlamalar

 Sadə şablon müxabirləşmələr  

 Mürəkkəb şablon müxabirləşmələr  

  Kontragentlər və hesablar üzrə dövriyyə cədvəlləri və açıqlamalar

  Müxtəlif valyutalarda bank hesabları üzrə dövriyyə cədvəlləri və pul vəsaitlərinin açıqlamalar

  Xərc maddələri üzrə dövriyyə cədvəlləri və açıqlamalar

 Hesablar və subhesablar üzrə dövriyyə cədvəlləri və açıqlamalar

  Təhtəl-hesab şəxslər üzrə dövriyyə cədvəlləri və açıqlamalar

  Hesabların jurnalları

  Cari hesablar üzrə gündəlik və dövrü hesabatlar

  Mühasibat balansı və digər maliyyə hesabatları

  

 "AzMuhasib v2.0" proqramının fərqləndirici xüsusiyyətləri:

 Azərbaycan qanunvericiliyinə uyğun hazırlanmış yerli proqram təminatı

 Proqram yerli mütəxəssislər tərəfindən dəstəklənir

 Azərbaycan, rus və ingilis dillərində işləmək olur və həmin dillərdə hesabatlar alınır

 MS Excel proqramına eksport etmək imkanı var

 Rahat interfeysə malik proqram təminatıdır və istifadəçi səviyyəsində nizamlama imkanları var

 Maliyyə hesabatlarında müvafiq əlavə və dəyişikliklər istifadəçilər tərəfindən icra edilə bilər

 Proqramın mənimsənilməsi və uçotun qurulması qısa müddətdə başa gəlir

   

 Proqramın stabil işləməsinə, iş prosesində rahatlığına və kompüterdə az iş təcrübəsinə malik olan istifadəçilər tərəfindən belə qısa müddətdə mənimsənilməsinə zəmanət verilir

   

Əlaqə