Əsas vəsaitlər

 

"Əsas vəsaitlər" proqramı idarə müəssisə və təşkilatlarda əsas vəsaitlərin uçotunun aparılması üçün nəzərdə tutulmuşdur.

Uçota alınmış hər bir vəsait üzrə qanunvericilikdə və proqramda nəzərdə tutulmuş normalara uyğun olaraq köhnəlmə (amortizasiya) qalıq dəyəri metoduna əsasən hesablanır. Köhnəlmə normalarını qrup üzrə və ya hər bir vəsait üçün ayrılıqda təsdiq etmək və dəyişmək mümkündür.

Proqram tək istifadəçi üçün Windows əməliyyat sisteminin bütün versiyalarında işləyir.

Bütün hesabatlar MS Excel proqramına eksport edilir.

Proqram aşağıdakı bölmələrdən ibarətdir:
 Mədaxil
 İstismara verilmə
 Məxaric (silinmə, yerdəyişmə və icarəyə verilmə)
 Qruplar üzrə köhnəlmə normaları
 Çeşidlər üzrə köhnəlmə normaları
 Təmir və digər səbəblərlə əlaqədar olaraq yenidənqiymətləndirilmə
 Maddi-məsul şəxslərə təhkim olunma
 İnventar nömrələrinin verilməsi

Proqramda aşağıdakı hesabat formaları mövcuddur:
 Aylıq, rüblük, illik hərəkər cədvəli və köhnəlmə məbləğləri
 Qruplar və çeşidlər üzrə hərəkət cədvəli və köhnəlmə məbləğləri
 İstənilən tarixə qalıq dəyərləri və köhnəlmə məbləğləri
 Maddi-məsul şəxslər üzrə əsas vəsaitlərin qalıqları
 Silinmə, satış və icarəyə verilmə haqqında hesabatlar
 Satış nəticəsində yaranmış mənfəət və ya zərər haqqında hesabat
 Silinmə aktı
 Mədaxil və məxaric üzrə qaimələr
 İllik hesabat (əsas vəsaitlərin hərəkəti) cədvəli