"AZM Anbar" proqramı

"AZM Anbar" proqramı idarə, müəssisə və təşkilatların anbarlarında, topdansatış və pərakəndə ticarət şəbəkələrində mal-material və pul vəsaitləri uçotunun avtomatlaşdırılması, borclara operativ nəzarət edilməsi, maliyyə - təsərrüfat fəaliyyətinin nəticələri haqqında geniş hesabat materiallarının əldə edilməsi məqsədilə yaradılmışdır.

Proqramda azərbaycan, türk , rus ingilis dillərində işləmək və məlumatların hansı dildə daxil edilməsindən asılı olmayaraq, hesabatları paralel olaraq hər 4 dildə tərtib etmək mümkündür. Azərbaycan dilində latın qrafikası ilə kompüterin klaviaturasının AZRU şriftlərində işləmək mümkündür.

Bütün hesabatları MS Excel proqramına eksport etmək imkanı var.

Proqram Windows əməliyyat sisteminin bütün versiyalarında lokal şəbəkədə işləyir.



Proqramda istənilən sayda obyektdə (anbar, mağaza, sex və s.) malların uçotunu aparmaq, bir obyektdən digərinə yerdəyişmə əməliyyatlarını, həmçinin istehsal prosesini yerinə yetirmək mümkündür. Alınmış və yaxud satılmış malların geri qaytarılması imkanı var.

Malların həm miqdar, həm də qablaşdırılmış formada qutu sayına görə hesabatlarını əldə etmək mümkündür. 

Malların mədaxili və məxarici istənilən valyutada aparıla bilər. Hər bir valyuta üzrə kursun xronologiyası gündəlik işlənilir.

Proqramda istənilən sayda kassa və bank hesablarını qeydiyyata almaq mümkündür. Hər bir kassa və ya bank hesabı üzrə müxtəlif valyutalarda uçot aparmaq olur.

Mal və pul əməliyyatlarının nəticəsi müştərilərinin borc jurnallarında müvafiq qaydada öz əksini tapır. Əməliyyatların müxtəlif valyutalarda aparılmasına baxmayaraq, proqram hər bir müştəri üzrə borcları onun üçün təstiq olunmuş valyutaya əsasən, müvafiq valyuta kursları üzrə nizamlayır. Proqramda malıgöndərənlər və alıcılar üzrə vaxtı keçmiş borclara nəzarət etmək mümkündür.

Mal alışı və mal satışını sifarişlər üzrə reallaşdırmaq imkanı vardır. Geniş şəbəkə sistemində qurulmuş proqram vəzifə bölgüsünə uyğun olaraq, sifarişlərin satıcılar tərəfindən tərtibatına və malların maddi-məsul şəxslər tərəfindən buraxılmasını təsdiq etməyə imkan verir.

Proqramda mövcuddur:

Malların kodlar və ya mal nomenklaturaları vasitəsilə uçotu  

Malların mədaxili, məxarici və anbarlar arasında yerdəyişməsi

Hazırlanmış məxaric qaimələrindən excel cədvəlinə avtomatik export etməklə "eFP" proqramı üçün "Oflayn rejimdə" elektron qaimə-fakturaları tərtib etmək 

Malların alıcıdan geri qaytarılması əməliyyatları

Malların malgöndərənə geri qaytarılması əməliyyatları

Malların hərəkəti və qalığı, satışı haqqında müxtəlif cədvəllər

İstənilən sayda anbar üzrə uçot

Malların adı, kodu, rəngi, ölçüsü, istehsalçısı və sair digər xüsusiyyətləri haqqında analitik hesabatlar

Alıcıların və malgöndərənlərin borcları haqqında ümumi və analitik hesabatlar

Alıcılar tərəfindən ödənişi gecikdirilmiş malların ümumi dəyəri və nomenklaturası üzrə analitik hesabatlar

Hər bir müştəri üzrə borcların açıqlaması (qaimələr və mallar səviyyəsində)

Qaimələr və mallar səviyyəsində alıcıların vaxtı keçmiş borclarına nəzarət

İstənilən sayda kassa və bank hesabları üzrə pul vəsaitlərinin hərəkəti və qalığı haqqında hesabatlar

Hər bir kassa və ya bank hesabı üzrə açıqlamalar

Müəssisənin xərcləri haqqında geniş hesabatlar

Mallar üzrə satışdan əldə olunan gəlirlər və ya dəymiş zərərlər haqqında hesabatlar

Alıcılar üzrə satışın həcmi və rentabellik səviyyəsi haqqında hesabatlar

Müəssisənin satıcıları üzrə satışın dövriyyəsi və rentabellik səviyyəsi haqqında hesabatlar

Müəssisənin mənfəəti və yekun balansı

Proqram şəbəkədə quraşdırıldıqda, hər bir istifadəçi üçün lazım olan interfeys yaradılır. İstifadəçi adı və xüsusi parol vasitəsilə həmin interfeysdə proqram idarə olunur. Məsələn, kassir üçün nəzərdə tutulan interfeysdə ancaq onun icazəsində olan kassada əməliyyatlar aparmaq mümkündür. Digər modullar, yəni anbar, maliyyə vəziyyəti və s. kassirə aid olmadığı üçün bu bölmələr onun üçün proqramda görünməz olur. Yaxud anbardar ancaq mal əməliyyatları apardığı üçün digər modullar onun üçün görünməzdir.   

"AZM Anbar" proqramı istifadədə sadə, imkanlarda geniş bir proqramdır. Bu səbəbdən kompüterdə müəyyən qədər iş təcrübəsi olan və müəssisənin iş strukturuna bələd olan istənilən şəxs bu proqramı çox qısa bir müddətdə tətbiq edə bilər.

 

Blok Sxem

 

  
Proqramın stabil işləməsinə, iş prosesində rahatlığına və kompüterdə az iş təcrübəsinə malik olan istifadəçilər tərəfindən belə qısa müddətdə mənimsənilməsinə zəmanət verilir
          
       
     Əlaqə