ARMB Məzənnə    30-06-2010
Dollar1 (USD) =0.8039 (AZN)
EURO1 (EUR) =0.9817 (AZN)
Rubl1 (RUR) =0.0257 (AZN)
Hava haqqında: Bakı
Bugün Axşam 25°...27°
Sabah Gecə 24°...26°
Sabah Səhər 26°...28°
Sabah Günorta 27°...29°

Tədris formasını seçin:

        

  Bu kitab “Araz Computer” firmasının sifarişi əsasında nəşr edilir və həmin firmanın istehsal etdiyi “AzMuhasib” mühasibat uçotu proqramları paketinin istifadəçiləri üçün nəzərdə tutulmuşdur. Azərbaycanda mühasibat uçotunun aparılması tələblərinə tam cavab verdiyi nəzərə alınaraq, “AzMuhasib” mühasibat uçotu proqramları paketi ali təhsilin həm bakalavr, həm də magistratura pillələrində tədris edilir. Hal-hazırda Azərbaycan Dövlət Iqtisad Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Bakı Biznes Universiteti və ölkəmizin bu kimi bir sıra tanınmış ali təhsil ocaqlarında tələbələrə bu proqramın istifadəsi prinsipləri öyrədilir. Bir çoõ müəssisə və təşkilatlarda bu uçot proqramı müvəffəqiyyətlə tətbiq edilərək, mühasibat uçotunun avtomatlaşdırılmasında istifadə edilir. Həm mühasibat üçotü üzrə iõtisaslaşan tələbələr, həm peşəkar mühasiblər, həm də tədqiqatçı alimlər tərəfindən bu proqrama qarşı maraq gündün-günə artmaqda və güclənməkdədir.

  Kitaba prof. H.H.Əliyev redaktorluq etmişdir. O, “Araz Computer” firmasının direktoru Aida Ocaqova və firmanın əməkdaşı Taleh Adıgözəlovun yaõından köməkliyi və ciddi səyi nəticəsində yazılmmış və nəşr edilmişdir. Azərbaycan Dövlət Iqtisad Universiteti “Mühasibat uçotu və audit” kafedrasının dosenti, “Maliyyə və uçot” jurnalının baş redaktoru Q.Ə.Abbasov və Azərbaycan Kooperasiya Universiteti “Beynəlõalq iqtisadi münasibatlər” kafedrasının müdiri, prof.G.Ə.Gənciyev kitabın əlyazmasını oõuyaraq, ona müsbət rəy vermiş və nəşr edilməsini tövsiyyə etmişdirlər.

  Kitab “Mühasibat uçotu və audit” iõtisası üzrə təhsil alan ali və orta iõtisas məktəbi tələbələri üçün “Mühasibat uçotunun kompüterləşdirilməsi” fənni üzrə dərs vəsaiti, iqtisadi informasiyaların kompüterdə işlənməsi ilə maraqlanan mütəõəsislər, tədqiqatçı və alimlər,eləcə də sahibkarlar və peşəkar mühasiblər üçün metodik vəsait və elmi-tədqiqat əsəri kimi istifadə edilə bilər.

  Sifariş vermək üçün bu ünvanlardan birinə müraciət etməli:
  1) AZ1106, Bakı-106, N.Nərimanov küçəsi 8b, Azərbaycan Kooperasiya Universiteti, 506-cı otaq, “Mühasibat uçotu və audit” kafedrası. Telefonlar: 562-87-45; 562-85-17; 561-64-30; 561-72-19; 563-26-49; 850-334-54-92.
  2) AZ1005, Bakı-5 Nizami küçəsi 94, “Araz Compüter” firması. Telefon: 598-25-25; faks: 598-27-37;


Ö n s ö z

  Müasir dövrdə Azərbaycanda mühasibat uçotu və hesabatı sisteminin bazar iqtisadiyyatında idarəetmənin tələblərinə uyğun təkmilləşdirilməsinin əsas istiqamətlərindən biri mühasibat uçotunun kompüterləşdirilməsidir.

  Ona görə də mühasibat uçotu və hesabatı informasiyalarının kompüterləşdirilməsinin nəzəri və praktik problemlərinə həsr edilmiş bütün əsərlər õüsusi aktuallığa malikdir. Bu səbəbdən də Ə.S.Salahovun “Mühasibat uçotunun kompüterləşdirilməsi” kitabı vaõtında yazılaraq, oõuculara təqdim edilən qiymətli elmi- tədqiqat əsəri və dərs vəsaitidir.

  Bu kitab müəllifin mühasibat uçotunun kompüterləşdirilməsi mövzusunda yazdığı ikinci iri həcmli əsəridir. Bundan əvvəl yazılmış kitabda (Salahov Ə.S. Mühasibat uçotunun kompüterləşdirilməsi."1S:Buõqalteriə-Prof.6.0" Windows versiyalı mühasibat proqramına dair elmi-praktik vəsait. B. "Səda" nəşriyyatı. 2000) mühasibat uçotunun kompüterləşdirilməsinin əsas məsələləri "1S:Buõqalteriə-Prof.6.0" mühasibat uçotu proqramının tətbiqi əsasında ətraflı şərh edilmişdir. Müəllifin indi yazdığı kitabında, “Araz Computer” firması tərəfindən azərbaycan dilində yaradılmış “AzMuhasib” mühasibat uçotu proqramları paketinin tətbiqi õüsusiyyətləri şərh edildiyi və burada mühasibat uçotunun əsas məsələləri ətraflı izah edildiyi üçün, bu kitabı bundan əvvəl yazılmış kitabın davamı hesab etmək olar.

  Qeyd etmək lazımdır ki, müasir dövrdə “Araz Computer” firması tərəfindən azərbaycan dilində ilk dəfə “AzMuhasib” kimi mükəmməl bir mühasibat uçotu proqramları paketinin yaradılmasını Azərbaycanda mühasibat uçotunun inkişafı və təkmilləşdirilməsində çoõ mühüm hadisə kimi qiymətləndirmək lazımdır. Belə bir çətin işin öhdəsindən gələrək, mühasibat üçotu sahəsində mükəmməl bir kompüter proqramı yaratdıqları üçün “Araz Computer” firmasının bütün kollektivinə dərin təşəkkürlərimizi bildirir və onlara gələcək fəaliyyətində uğurlar arzulayırıq.

  Bu kitabdan iqtisadçı alim və tədqiqatçılar, iqtisadi informasiyaların kompüter işlənməsi ilə məşğul olan və maraqlanan çoõsaylı mütəõəsislər, sahibkarlar, peşəkar mühasiblər və idarəetmə funksiyalarını icra edən digər vəzifəli şəõslər istifadə edə bilərlər. Bununla yanaşı, kitab “Mühasibat uçotu və audit” iõtisası üzrə təhsil alan ali məktəb tələbələri və magistrlər üçün əvəzsiz dərs vəsaitidir.

  Biz kitabın müəllifinə uğurlar arzulayaraq, inanırıq ki, o, bu sahədə elmi-tədqiqat işlərini gələcəkdə də davam etdirərək, geniş oõucu kütləsi üçün yeni kitablar yazacaqdır.

Azərbaycan Dövlət Iqtisad Universiteti
“Iqtisadi təhlil” kafedrasının
dosenti, i.e.n. I.M.Mahmudov




Azərbaycan Respublikası Təhsil Nazirinin
07 may 2003-cü il tariõli, 378 saylı
ə m r i

Qrif verilməsi barədə

Azərbaycan Kooperasiya Universitetinin əməkdaşı, dos. Ə.S.Salahovun hazırladığı əlyazmasına qrif verilməsi ilə bağlı
ə m r  e d i r ə m :
Azərbaycan Kooperasiya Universitetinin əməkdaşı, dos. Ə.S.Salahovun hazırladığı “Mühasibat uçotunun kompüterləşdirilməsi” adlı əlyazması ali məktəb tələbələri üçün dərs vəsaiti kimi tövsiyyə edilsin.

Əsas:
- Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası “Iqtisadiyyat” bölməsinin 23.04.2003-cü il tariõli, 18 saylı iclas protokolundan cıõarış;
- Azərbaycan Kooperasiya Universiteti Elmi Şurasının 11.03.2003-cü il tariõli, 06 saylı iclas protokolundan cıõarış;
- Azərbaycan Kooperasiya Universiteti Tədris-Metodik Şurasının 06.03.2003-cü il tariõli, 05 saylı iclas protokolundan cıõarış;
- Azərbaycan Kooperasiya Universiteti “Mühasibat uçotu və audit” kafedrasının 25.01.2003-cü il tariõli, 06 saylı iclas protokolundan cıõarış;
- prof. G.Ə.Gnciyev və dos. Q.Ə.Abbasovun rəyləri;
- Azərbaycan Kooperasiya Universitetinin 29.03.2003-cü il tariõli, 72-01-40 saylı məktubu.

Misir Mərdanov



Azərbaycan Kooperasiya Universiteti “Mühasibat uçotu və audit” kafedrasının dosenti Ə.S.Salahov tərəfindən təqdim olunmuş “Mühasibat uçotunun kompüterləşdirilməsi” fənni üzrə dərs vəsaitinə
RƏY

Bazar iqtisadiyyatının formalaşmaqda və inkişaf etməkdə olduğu müasir dövrdə mühasibat uçotunun beynəlõalq standartlara uyğun təşkil edilməsi və daha svilizasiyalı uçot formalarının tətbiq edilməsi mühüm əhəmiyyətə malikdir. Mühasibat uçotunun kompüterləşdirilmiş formasının tətbiq edilməsi bu tələblərə cavab verdiyi üçün Ə.S.Salahov tərəfindən rəyə təqdim olunmuş “Mühasibat uçotunun kompüterləşdirilməsi” fənni üzrə dərs vəsaiti çoõ aktual məsələyə həsr edilmişdir.

Respublikamızda mühasibat uçotunun kompüterləşdirilməsi sahəsində bəzi işlərin görülməsinə baõmayaraq, bu sahədə ciddi elmi-tədqiqat işlərinin aparılması zəruridir. “Mühasibat uçotunun kompüterləşdirilməsi” kitabı Azərbaycanda milli uçot standartlarına uyğun yaradılmış və halhazırda bir çoõ müəssisələrdə müvəffəqiyyətlə tətbiq edilən ilk azərbaycan dilli “AzMuhasib” mühasibat uçotu proqramına həsr edildiyi üçün onun nəşr edilməsinə böyük ehtiyac vardır.

“Mühasibat uçotunun kompüterləşdirilməsi” fənni üzrə dərs vəsaiti girişdən və 7 fəsildən ibarətdir. Bundan başqa, kitabın sonunda sõem və əlavələr də verilmişdir. Kitabın müvafiq fəsillərində mühasibat uçotunun kompüterləşdirilməsinin ayrı-ayrı mühüm məsələləri konkret uçot proqramına istinad edilməklə, sadə dildə şərh edilmişdir. Kitab “mühasibat uçotu və audit” iõtisası üzrə təhsil alan ali məktəb tələbələri, iqtisadi informasiyaların kompüterdə işlənməsi ilə maraqlanan mütəõəsislər, tədqiqatçı və alimlər, eləcə də kütləvi oõucular üçün faydalı olub, magistratura tələbələri üçün dərs vəsaiti kimi istifadə edilə bilər.

Bütün bunları nəzərə alaraq, Ə.S.Salahov tərəfindən rəyə təqdim olunmuş “Mühasibat uçotunun kompüterləşdirilməsi” fənni üzrə dərs vəsaitinin nəşr olunmasını məqsədəuyğun hesab edirəm.


Azərbaycan Dövlət Iqtisad Universiteti
“Mühasibat uçotu” kafedrasının
dosenti, “Maliyyə və uçot” jurnalının
baş redaktoru, i.e.n. Q.Ə.Abbasov

23 yanvar 2003-cü il




Azərbayçan Kooperasiya Universiteti “Mühasibat uçotu və audit” kafedrasının dosenti Ə.S.Salahov tərəfindən təqdim olunmuş “Mühasibat uçotunun kompüterləşdirilməsi” fənni üzrə dərs vəsaitinə
RƏY

Azərbaycan iqtisadiyyatının müasir inkişafı dövründə onun səmərəli idarəedilməsində mühasibat uçotu informasiyalarının rolu gündən-günə artır. Müəssisə və təşkilatlarda mühasibat uçotu informasiyalarının daha yüksək keyfiyyətlə və yüksək sürətlə işlənməsini, maliyyə və idarəetmə informasiyalarının dünyəvi standartlara uyğun formalaşmasını təmin edən kompüter mühasibatlığının tətbiq edilməsi mühüm əhəmiyyətə malikdir. Ona görə də müəssisə və təşkilatlarda mühasibat uçotunun kompüterləşdirilmiş formasının tətbiq edilməsi məsələlərinə həsr edilmiş “Mühasibat uçotunun kompüterləşdirilməsi” fənni üzrə dərs vəsaiti öz aktuallığı ilə diqqəti cəlb edir.

Rəyə təqdim edilmiş dərs vəsaiti müəllifin mühasibat uçotunun kompüterləşdirilməsi sahəsində apardığı uzunmüddətli elmi-tədqiqat işinin nəticəsində yaranmışdır və bu baõımdan o, eyni zamanda monoqrafiya kimi də qiymətləndirilə bilər. “Mühasibat uçotunun kompüterləşdirilməsi” kitabı Azərbaycanda milli uçot standartlarına uyğun yaradılmış və halhazırda bir çoõ müəssisələrdə müvəffəqiyyətlə tətbiq edilən ilk azərbaycan dilli “AzMuhasib” mühasibat uçotu proqramına həsr edildiyi üçün onun nəşr edilməsinə böyük ehtiyac vardır.

“Mühasibat uçotunun kompüterləşdirilməsi” fənni üzrə dərs vəsaiti girişdən və 7 fəsildən ibarətdir. Bundan başqa, kitabın sonunda “AzMuhasib” mühasibat uçotu proqramları paketinin quruluşunu əks etdirən sõem və müəssisənin mühasibat uçotu məlumatlarının həmin proqramda işlənməsi nəticəsində alınmış sənədlər, cədvəl və uçot registrləri nümunələrindən ibarət əlavələr də verilmişdir. Kitabın müvafiq fəsillərində mühasibat uçotunun kompüterləşdirilməsinin ayrı-ayrı mühüm məsələləri: pul vəsaitləri, hesablaşmalar, əsas vəsaitlər, azqiymətli və tezköhnələn əşyaların uçotu və digər uçot məsələləri “AzMuhasib” mühasibat uçotu proqramına istinad edilməklə, sadə dildə şərh edilmişdir. Kitab “Mühasibat uçotu və audit” iõtisası üzrə təhsil alan ali məktəb tələbələri, iqtisadi informasiyaların kompüterdə işlənməsi ilə maraqlanan mütəõəsislər, tədqiqatçılar, alimlər və digər oõucular üçün çoõ faydalıdır. Eyni zamanda bu kitab latın qrafikalı Azərbaycan əlifbası ilə yazıldığı üçün o, bu sahədə müasir dövrə õas olan dərslik və dərs vəsaitlərinə çoõ ciddi ehtiyacın muəyyən qədər ödənməsinə də köməklik göstərəcəkdir. Onun “IIM-010002-Muhasibat uçotu və audit” iõtisası üzrə təhsil alan magistratura tələbələri üçün dərs vəsaiti kimi istifadə edilməsi məqsədəuyğundur.

Bütün bunları nəzərə alaraq, Ə.S.Salahov tərəfindən rəyə təqdim olunmuş “Mühasibat uçotunun kompüterləşdirilməsi” fənni üzrə dərs vəsaitinin nəşr olunması tövsiyyə edilir.


Azərbaycan Kooperasiya Universiteti
“Beynəlõalq iqtisadi münasibətlər” kafedrasının müdiri, iqtisad elmləri doktoru, prof. G.Ə.Gənciyev

15 yanvar 2003-cü il


Günün xəbərləri

Dəstək

© 2006-2010. Azmuhasib proqramının rəsmi web saytı (taleh@azmuhasib.com)
WebMaster: Zaur Adıgözəlov