"Mühasibat uçotu haqqında" Azəbaycan Respublikasının Qanunun icrası ilə əlaqədar olaraq, Mühasibat Uçotunun Beynəlxalq Standartlarına (MUBS) əsaslanan Milli Mühasibat Uçotu Standartları (MMUS) hazırlanmışdır. Həmin Qanuna uyğun olaraq (maddələr 10 və 17), 1 yanvar 2008-ci il tarixindən başlayan bütün hesabat dövrləri üzrə maliyyə hesabatlarının hazırlanması zamanı Milli Mühasibat Uçotu Standartları tətbiq edilməlidir.
Milli Mühasibat Uçotu Standartlarını hazırlamaq və tətbiq etməkdə məqsəd ölkədə mühasibat uçotunun beynəlxalq standartlar əsasında inkişaf etdirilməsini və maliyyə hesabatlarında şəffaflığı təmin etməkdən ibarətdir.
Saytda Milli Mühasibat Uçotu Standartlarına əsaslanan mühasibat uçotunun avtomatlaşdirilmış sisteminin – "AzMuhasib" proqramının tətbiq edilməsində maraqlı olan şəxslərə ətraflı məlumat veriləcək. Həmçinin saytda mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi haqqında məlumatlar və materiallar təqdim olunacaq.
Proqramin tədrisi üçün keçirilən treninqlər barədə məlumatlar saytda vaxtaşırı yerləşdiriləcək.
"AzMuhasib" proqramının Milli Mühasibat Uçotu Standartlarına uyğun yeni variantını əldə etmək uçün saytda göstərilmiş ünvana müraciət edə bilərsiniz.
Milli Mühasibat Uçotu Standartları üzrə materialları yüklə:
Kommersiya təşkilatları üçün Hesablar Planı
Kommersiya təşkilatları üçün Maliyyə Hesabatları