ARMB Məzənnə    30-06-2010
Dollar1 (USD) =0.8039 (AZN)
EURO1 (EUR) =0.9817 (AZN)
Rubl1 (RUR) =0.0257 (AZN)
Hava haqqında: Bakı
Bugün Axşam 25°...27°
Sabah Gecə 24°...26°
Sabah Səhər 26°...28°
Sabah Günorta 27°...29°

"AzMuhasib v2.0" (Milli Muhasibat Uçotu Standartları) Şəbəkə - proqramı mülkiyyət formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatlarda tətbiq edilən və Mühasibat Uçotunun Beynəlxalq Standartları (MUBS) üzrə hazırlanmış Milli Mühasibat Uçotu Standartlarına (MMUS) əsaslanan avtomatlaşdirilmış uçot sistemidir. Proqram MS SQL bazasında hazırlanmış və local şəbəkədə işləyir. Proqramda Azərbaycan, Rus və Ingilis dillərində işləyir. Məlumatların hansı dildə işlənməsindən asılı olmayaraq, mühasibat və maliyyə hesabatları paralel olaraq hər 3 dildə alınır. Hesabat formalarının MS Excel proqramına eksport etmək imkanı var. Yeni standartlara uygun hazırlanmış hesablar planı əsasinda məlumatları sərbəst və ya əvvəlcədən hazırlanmış şablonlar formasında daxil etmək olar. Hesablar planı üzrə 3 səviyyədə analitik uçot qurmaq mümkündür. Proqrama qoşulmuş "Hesabarların dizayneri" modulu vasitəsi ilə istifadəçi istənilən maliyyə hesabatları formalarını yarada bilər.

Proqram MS Windows əməliyyat sisteminin bütün versiyalarında işləyir. UNİCODE şriftlərini dəstəkləyir

Digər proqramlardan fərqli cəhətləri:
Azərbaycan qanunvericiliyinə uyğun hazırlanmışdır
Azərbaycan, Rus və İngilis dillərində işləmək və həmin dillərdə Excel proqramına eksport etmək imkanı var
İstənilən sayda müəssisənin uçotunu aparmaq mümkündür
Nizamlama imkanları geniş və sadə formadadır
Qanunvercilikdə və təlimatlarda dəyişiklik olduqda bunların bilavasitə istifadəçi tərəfindən yerinə yetirilməsi mümkündür
Mühasibat uçotunda mövcud olan son qaydalar proqramda əksini tapmışdır
Proqramın stabil işləməsinə, iş prosesində rahatlığına və kompüterdə az iş təcrübəsi olan istifadəçilər tərəfindən qısa müddətdə mənimsənilməsinə zəmanət verilir







Günün xəbərləri

Dəstək

© 2006-2010. Azmuhasib proqramının rəsmi web saytı (taleh@azmuhasib.com)
WebMaster: Zaur Adıgözəlov