"AzMuhasib - Mətbuat"
proqramı - qəzet və jurnalların əhaliyə, müəssisəyə və
təşkilatlara yayılması ilə məşğul olan mətbuat yayımı müəssisələri
üçün nəzərdə tutulmuşdur.
Sifarişçilərlə (əhali, müəssisə, təşkilat) bağlanmış
müqavilələr əsasında proqramda "Sifarişlər" hazırlanır.
Qəzet və jurnallara olan sifarişlər poçt şəbəkələri üzrə
qruplaşdırılan sifarişçilərin hər biri üçün
ayrı-ayrılıqda işlənilir. Redaksiyalardan müxtəlif günlərdə
faktiki qəbul edilmiş qəzet və jurnallar proqramda mədaxil edilir. İş
prosesində sifarişlərə düzəlişlər etmək mümkündür.
Düzəlişlər edildikdən sonra sifariş təsdiq edilir və
qəzet-jurnallar avtomatik məxaric olunub qalıqdan silinir. Təsdiq
olunmuş sifarişə uyğun olaraq aparılan məxaric əməliyyatı nəticəsində
hər bir sifarişçi üçün ayrı-ayrılıqda
(poçt şöbəsi, ünvanı və s. göstərilməklə) qəzet
və jurnalların miqdarı, qiyməti və məbləği haqqında məlumatlar əks
olunan qaimələr çap edilir. Qaimələr 2 formada: satış və abunə
formalarında çap olunur.
Buraxılmış qəzet və jurnalların məbləğləri avtomatik olaraq
sifarişçilərin hər birinin borc jurnalında əks olunur. Borcları
hesabatlarda poçt şöbələri üzrə də quraşdırmaq
mümkündür.
Borcların bağlanması proqamda kassa mədaxil orderləri vasitəsi ilə
həyata keçirilir. Bu zaman mədaxil edilmiş pul hər bir
poçt şöbəsi və ya sifarişçinin borcunun
azaldılmasına yönəldilir, eyni zamanda kassada (bankda) pul
vəsaitinin hərəkətində əksini tapır.
Borcların tənzimlənməsi eyni ilə redaksiyalar (malgöndərənlər)
üzrə də aparılır. Bu zaman mədaxil olunmuş qəzet və jurnalların
məbləği avtomatik olaraq redaksiyalar üzrə borcların yaranmasına,
məxaric orderi ilə ödənilmiş pul vəsaitləri isə bu borcların
azaldılmasına yönəldilir. Eyni zamanda kassada (bankda) pul
vəsaitlərinin uçotu aparılır, qalıq çıxarılır.
Proqramda müxtəlif sayda anbarlar və kassalar (bank hesabları)
üzrə ayrı-ayrılıqda uçot aparmaq mümkündür.
Anbarlar arasında qəzet və jurnalların, kassalar (bank hesabları)
arasında isə pul vəsaitlərinin yerdəyişməsi mümkündür.
Proqramda mədaxil olunmuş və sifarişçilərə paylanmış qəzet və
jurnalların hərəkəti və qalığı haqqında, borclar haqqında, kassada
(bankda) olan pul vəsaitlərinin hərəkəti və qalığı haqqında
müxtəlif formalarda və müxtəlif tələblərə uyğun cədvəllər və
analitik hesabatlar almaq mümkündür.
Proqramın interfeysi Azərbaycan və Rus dillərindədir.
Hesabat formalarını Excel proqramına eksport etmək imkanı var.
Proqram Windows əməliyyat sisteminin bütün versiyalarında
işləyir.
Proqramın stabil işləməsinə, iş prosesində rahatlığına və kompüter
təcrübəsi az olan istifadəçilər tərəfindən asanlıqla
mənimsənilməsinə zəmanət verilir.
Proqramı işlətmək üçün mühasibatlıq biliyi tələb
olunmur. Müəyyən qədər kompüter təcrübəsi və
müəssisənin iş strukturuna bələd olan istənilən şəxs bu proqramı
çox qısa bir müddətdə tətbiq edə bilər.