ARMB Məzənnə    30-06-2010
Dollar1 (USD) =0.8039 (AZN)
EURO1 (EUR) =0.9817 (AZN)
Rubl1 (RUR) =0.0257 (AZN)
Hava haqqında: Bakı
Bugün Axşam 25°...27°
Sabah Gecə 24°...26°
Sabah Səhər 26°...28°
Sabah Günorta 27°...29°

"Əmək haqqı" proqramı idarə, müəssisə və təşkilatlarda mövcud qanunvericiliyə uyğun olaraq işçilərə əmək haqqı hesablamalarının aparılması üçün hazırlanmışdır.

Proqrama işçilər haqqında məlumatlar, müəssisənin ştat cədvəli və vəzifələrə təyinatlar göstərilməklə, qabaqcadan verilmiş normativlər əsasında hər ay avtomatik olaraq əmək haqqı məbləğləri, əmək haqqından tutulmalar və işçiyə ödəniləcək məbləğlər hesablanır.

İşçilərə müvafiq tənzimləmələr əsasında əlavə maaşlar - mükafat, maddi yardım və s. hesablamaq və qanunvericiliyə uyğun olaraq müvafiq tutulmalar aparmaq mümkündür.

İşçilərdən gəlir vergisinin və digər tutulmaların hesablanması üçün proqramın tənzimləmə bölməsində istifadəçi tərəfindən qabaqcadan normalar verilir.

Hesablamalarda işçilərə güzəştlərin və digər əlavə şərtlərin də nəzərə alınması mümkündür.

Məzuniyyət haqqının, xəstəlik vərəqələrinin, işə gecikmələrin və digər tutulmaların hesablanması üçün proqramda hər bir işçi üçün bir dəfə iş qrafiki və hər ay üçün ümumi tabel tutulur. Ay ərzində işçinin iş vaxtında heç bir dəyişiklik baş verməyibsə, tabelin tərtib olunması vacib deyil. Bu halda əmək haqqı ştat cədvəlinə əsasən hesablanacaqdır.



Proqramda istənilən dövr üçün hesablama cədvəli, ödəniş cədvəli, hər bir işçinin haqq-hesab vərəqəsi formalarını çap etmək mümkündür.

Proqramın tətbiqi üçün əmək və vergi qanunvericiliyi sahəsində bilik tələb olunur. Müəyyən qədər kompüter təcrübəsi olan mütəxəssislər bu proqramı çox qısa bir müddətdə tətbiq edə birlərlər.

Günün xəbərləri

Dəstək

© 2006-2010. Azmuhasib proqramının rəsmi web saytı (taleh@azmuhasib.com)
WebMaster: Zaur Adıgözəlov