"AzMuhasib v1.1" proqramı Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq köhnə standartlar (köhnə hesablar planı) əsasında uçot aparan ictimai qurumlar və kiçik sahibkarlıq subyektlərində mühasibat uçotunun avtomatlaşdırılması məqsədilə yaradılmışdır.
Proqramda müxabirləşmələrin köhnə hesablarla işləniləcəyinə baxmayaraq, maliyyə hesabatlarını Milli Muhasibat Uçotu Standartları formasında almaq imkanı var.
Proqramda azərbaycan, rus və ingilis dillərində işləmək və məlumatların hansı dildə daxil edilməsindən asılı olmayaraq, mühasibat və maliyyə hesabatlarını paralel olaraq hər 3 dildə tərtib etmək mümkündür.
Bütün cədvəllərin və maliyyə hesabatları formalarının MS Excel proqramına eksport etmək imkanı var. Məlumatları qabaqcadan hazırlanmış şablonlar (standart müxabirləşmələr) vasitəsi ilə daxil etmək, istənilən hesab üzrə analitik uçot təşkil etmək mümkündür. İstifadəçilər proqramın "Hesabatların dizayneri" modulu vasitəsi ilə istənilən cədvəlləri və maliyyə hesabat formalarını asanlıqla yarada və ya düzəlişlər edə bilərlər.
Proqram tək istifadəçi üçün Windows əməliyyat sisteminin bütün versiyalarında işləyir.
"AzMuhasib v1.1" proqramı aşağıdakı bölmələrdən ibarətdir:
Tweet |