6.5. Işçilərə əmək haqqı hesablanmasının tənzimlənməsi qaydaları
Proqramda işçilərə əmək haqqı hesablanmasına dair bir çox tənzimləmə işləri əsas menyunun "Nizamlama" bölməsindəki "Ümumi göstəricilər" elementini seçməklə və ya alətlər panelindəki "Ümumi göstəricilər" işarəsini canlandırmaqla açılan eyniadlı dialoq vasitəsi ilə yerinə yetirilir. Bu dialoqun ekranda görünüşü şəkil 88-də verilmişdir.


Şəkil 88. "Ümumi göstəricilər" dialoqunun ekranda görünüşü.

Şəkildə göründüyü kimi, bu dialoqdan istifadə etməklə, proqrama, işçilərə əmək haqqı hesablanmasına dair çoxsaylı normativ məlumatlar daxil edilir. Bunlara misal olaraq, əmək haqqından tutulmalara dair normaları, iş vaxtı normalarını, uşaqlara verilən müavinət normalarını, əsas və əlavə əmək haqqının, eləcə də məzuniyyət haqqının və digər ödənişlərdən tutulmaların aparılıb-aparılmaması, iş stajı normaları və digər bu kimi məlumatları misal göstərmək olar.


Şəkil 89. "Gəlir vergisi" dialoqunun ekranda görünüşü: dialoqun cədvəl hissəsində 01 yanvar 2002-ci il tarixə fiziki şəxslərdən gəlir vergisi normaları daxil edilmişdir.

Bu normativ məlumatların proqrama daxil edilməsi nəticəsində 01 yanvar 2001-ci il vəziyyətinə qüvvədə olan normativ məlumatlar bazası yaradılmışdır. Eyni zamanda göstərilən dialoqda həmin normaların dəyişdirilməsi və yeniləşdirilməsi üçün imkanlar da nəzərdə tutlmuşdur.

Məsələn, gəlir vergisinə aid mövcud normalar (vergiyə cəlb edilmə normaları və güzəştlər) dialoqun "Xərclər" bölməsində verilmişdir. Burada sol tərəfki sütundakı düymələr güzəştlər haqqında, sağ tərəfki sütundakı düymələr isə tutulmalar haqqında məlumatların açılmasına xidmət edir. Gəlir vergisinə aid hər hansı bir yeni normanı proqrama daxil etmək üçün "Gəlir vergisi" adlı dialoqu açmaq, "Yeni", "Dəyişmək" və "Silmək" düymələrindən istifadə etməklə, yeni normalar haqqında məlumatları müvafiq sətirlərə yazaraq, "Çıxış" düyməsini basmaq və dialoqu bağlamaq lazımdır. Bu qayda ilə 01 yanvar 2002-ci il tarixə yeniləşdirilmiş gəlir vergisi normaları şəkil 89-da əks olunmuş "Gəlir vergisi" dialoqunda proqrama daxil edilmişdir.