6.1. “Əmək haqqı” proqramı haqqında ümumi məlumat
"Əmək haqqı" proqramı "Araz Computer" firmasının yaratdığı çoxsaylı mühasibat uçotu proqramlarından biri olub, əmək və onun ödənişi ilə bağlı olan əməliyyatların aparılması üçün nəzərdə tutulmuşdur. Bu proqramda müəssisənin kadrlarının uçotu, iş vaxtından istifadənin qeydiyyatı və əmək ödənişi üzrə hesablamalara dair müvafiq əməliyyatlar aparılır, eləcə də bununla əlaqədar olan müvafiq məlumat bazaları formalaşdırılır və tənzimləmə işləri aparılır. Proqramın adı "Əmək haqqı" sözündən götürülmüşdür."Əmək haqqı" ingilis dilində "maaş", "məvacib" deməkdir.


Şəkil 80. "Əmək haqqı" proqramı əsas menyusunun elementləri əks olunan "Aylıq hesablamalar" dialoqunun ekranda görünüşü.

"Əmək haqqı" proqramını açdıqda , ekranda proqramın əsas meyusu əks olunan "Aylıq hesablamalar" dialoqu açılır. Bu dialoqun ekranda görünüşü şəkil 80-də verilmişdir. Şəkildə göründüyü kimi, proqramın əsas menyusu aşağıda göstərilən bölmələrdən ibarətdir:
1. Əməliyyat;
2. Hesabat;
3.Nizamlama;
4. Utilit;
5. Kömək.

Bu bölmələrdə, müvafiq olaraq, aşağıda göstərilən elemetlər vardır:
1. "Əməliyyat" bölməsinə daxil olan elementlər:
  1.1 Kadrlar;
  1.2. Iş vaxtı;
  1.3. Avans;
  1.4. Ümumi gəlirlər;
  1.5. Ümumi xərclər;
  1.6. Çıxış.
2."Hesabat" bölməsinə daxil olan elementlər:
  2.1. Əmək haqqı hesablamaları;
  2.3. Cədvəllər.
3."Nizamlama" bölməsinə daxil olan elementlər:
  3.1. Ümumi göstəricilər;
  3.2. Valyuta;
  3.3. Iş vaxtı;
  3.4. Çeşidləmə.
4. "Utilit" bölməsinə daxil olan elementlər:
  4.1. Kalkulyator;
  4.2. Valyuta kursu;
  4.3. Təqvim;
  4.4. Yuvarlaq;
  4.5. Müəssisə üzrə;
  4.6. Dəyişmək.
5. "Kömək" bölməsinə daxil olan elementlər:
  5.1. Kömək;
  5.2. Proqram üzrə.

Proqramda əmək və onun ödənişi üzrə əməliyyatların aparılması üçün müəssisənin struktur bölmələrinin quruluşuna uyğun ştat cədvəli formalaşdırılır, orada göstərilmiş vəzifələrə personal haqqında məlumat bazasından işçilər təyin edilir və qüvvədə olan qaydalara uyğun olaraq, onlara müvafiq əmək haqqı məbləği hesablanır.