ARMB Məzənnə    30-06-2010
Dollar1 (USD) =0.8039 (AZN)
EURO1 (EUR) =0.9817 (AZN)
Rubl1 (RUR) =0.0257 (AZN)
Hava haqqında: Bakı
Bugün Axşam 25°...27°
Sabah Gecə 24°...26°
Sabah Səhər 26°...28°
Sabah Günorta 27°...29°

"AzMuhasib v1.2" (Milli Muhasibat Uçotu Standartları) - proqramı Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olan mühasibat uçotunun idarə, müəssisə və təşkilatlarda təşkili məqsədilə yaradılmışdır. Məlumatların mühasibat yazılışları formasında kompüterə vaxtaşırı bir dəfə daxil edilməsi nəticəsində mühasibat uçotu sənədləri və hesabatlar avtomatik hazırlanır və çap olunur.

Proqramda Azərbaycan, Rus və Ingilis dillərində işləmək və hesabat formalarının Excel proqramına eksport etmək imkanı var.

Proqram Windows əməliyyat sisteminin bütün versiyalarında işləyir.

"AzMuhasib v1.2" (Milli Muhasibat Uçotu Standartları) proqramı aşağıdakı bölmələrdən ibarətdir:

Mühasibat yazılışlarının daxil edilməsi (memorial order), sənədlərin və hesabatların avtomatik hazırlanması:
Baş kitab
Hesablar, subhesablar, debitor/kreditor və təhtəl-hesab şəxslər üzrə dövriyyə cədvəlləri
Avans hesabatı
Kassa və bank hesabatları
Debitorlar və kreditorlar üzrə analitik uçot
Satış üzrə analitik uçot
Xərclər üzrə analitik uçot
Cari hesablar üzrə gündəlik və dövri hesabatlar
Balans
Maliyyə hesabatları



Kassa sənədləri:
Mədaxil orderləri
Məxaric orderləri

Bank sənədləri:
Hesab-faktura
Ödəniş tapşırıqları
Valyuta köçürmələri

Digər proqramlardan fərqli cəhətləri:
Azərbaycan qanunvericiliyinə uyğun hazırlanmışdır
Azərbaycan, Rus və İngilis dillərində işləmək və həmin dillərdə Excel proqramına eksport etmək imkanı var
İstənilən sayda müəssisənin uçotunu aparmaq mümkündür
Nizamlama imkanları geniş və sadə formadadır
Qanunvercilikdə və təlimatlarda dəyişiklik olduqda bunların bilavasitə istifadəçi tərəfindən yerinə yetirilməsi mümkündür
Mühasibat uçotunda mövcud olan son təlimatlar proqramda əksini tapmışdır
Proqramın stabil işləməsinə, iş prosesində rahatlığına və kompüterdə az iş təcrübəsi olan istifadəçilər tərəfindən qısa müddətdə mənimsənilməsinə zəmanət verilir

Günün xəbərləri

Dəstək

© 2006-2010. Azmuhasib proqramının rəsmi web saytı (taleh@azmuhasib.com)
WebMaster: Zaur Adıgözəlov